Aktyor Azər Baxşəliyev yenidən əməliyyat olunacaq. SİA xəbər verir ki, bu haqda o, özü məlumat verib. Uzun zaman səhhətində problemlər yaşayan aktyor əməliyyatın yaxın zamanda baş tutacağını deyib: "Səhhətimdə olan problemlər davam edir. Amma İnşallah ki, az qalıb, həll olunmalıdır. Məndə böyrək problemi var idi, bir dəfə əməliyyat olunmuşdum. Xəstəlik yenidən aktivləşib. Bu yaxınlarda bununla bağlı yenidən əməliyyata gedəcəyəm" deyə o bildirib.
Xatırladaq ki, 2020-ci ildə aktyorun hər iki böyrəyi sıradan çıxmışdı. Anası donor olaraq böyrəyinin birini ona vermişdi.