Azərbaycanın qadın güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatını medalsız başa vurublar. SİA-nın məlumatına görə, Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) təsəlliverici görüşdə məğlub olublar.
Bu gün sərbəst güləşçilərimiz də mübarizəyə start veriblər.
Qeyd edək ki, dünən yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olublar. Yığma komanda hesabında birinci yeri tutub. Dünya çempionatı dekabrın 31-də başa çatacaq.