XİN başçıları Londonda görüşüblər

30 Oktyabr 2024 16:16 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Hakan Fidan rəsmi səfəri çərçivəsində Londonda Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə görüşüb. SİA xəbər verir ki, görüşdə Azad Ticarət Sazişinin genişləndirilməsi, enerji və nəqliyyat sahələrində yeni əməkdaşlıq imkanlarının araşdırılması, həmçinin müdafiə sənayesi sahəsində potensial addımlar müzakirə edilib.

İki ölkə arasındakı əlaqələrə diqqət çəkən Devid Lemmi Birləşmiş Krallığın və Türkiyənin Avropanın iki ucundakı NATO müttəfiqləri olaraq əvəzolunmaz əlaqələrə malik olduğunu deyib. “Birlikdə bir çox məsələdə eyni fikirləri müdafiə edirik. Bir neçə gün öncə Türkiyədə baş vermiş terror hücumunun məni nə qədər dəhşətə saldığını ifadə etmək istəyirəm. Türkiyə ilə tam həmrəylik içindəyik. Xüsusilə Avropadakı, Orta Şərqdəki müharibələr və Sudandakı ortaq narahatlıqlarımızla bağlı danışacağımız çox məsələ var”, - deyə britaniyalı nazir qeyd edib.