Rəşad Nəbiyev Neftçalada vətəndaşları qəbul edəcək

30 Oktyabr 2024 15:21 (UTC+04:00)

Noyabrın 7-də, saat 09:30-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Neftçala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan, Biləsuvar, Neftçala rayonları və Şirvan şəhər sakinlərini qəbul edəcək. SİA nazirliyə istinadən xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula noyabrın 6-nə qədər nazirliyin “Çağrı Mərkəzi” (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.