Zurabişvili: "Seçkilərdə “erməni karuselindən” istifadə edilib" - İTTİHAM

30 Oktyabr 2024 14:59 (UTC+04:00)

"Gürcüstanda keçirilən parlament seçkilərində “erməni karuseli”ndən istifadə edilib". Bu barədə Associated Press agentliyinə müsahibəsində Gürcüstan prezidenti Salome Zurabişvili bildirib.

“Burada “erməni karuseli” dediyimiz üsula Ermənistanda “gürcü karuseli” deyirlər. O deməkdir ki, seçkilər öncəsi müxtəlif bəhanələrlə onların şəxsiyyət vəsiqələrini toplamağa başlayırlar. müavinət alan insanlar, məhbus ailələri heç kim başa düşməyib ki, onlar niyə belə edirlər”, - Zurabişvili bildirib.

Məlum olub ki, bu, bir şəxsiyyət vəsiqəsi olan eyni vətəndaşın müxtəlif seçki məntəqələrinə baş çəkməsi və müxtəlif elektron cihazlarda (17 dəfəyə qədər) səs verə bilməsi üçün edilib, deyə Gürcüstan prezidenti izah edib. "Onların əllərində çoxlu sayda şəxsiyyət vəsiqəsi və ya şəxsiyyət vəsiqəsinin nömrələri olub", - Zurabişvili bildirib.

SƏBİNƏ