“Qarabağın dirçəlişi və inkişafı üçün əlimizdən gələni edə bilmək məqsədilə Qarabağ Dirçəliş Fondu ilə daim əməkdaşlıq edirik”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş deyib.
O bildirib ki, dövlətin Böyük Qayıdış proqramını həyata keçirə bilməsi üçün müxtəlif təşkilatların dəstəyi çox vacibdir: "“Azərlotereya" olaraq Qarabağ Dirçəliş Fondunun vasitəçiliyi ilə müxtəlif layihələr çərçivəsində yenidənqurma və bərpa işlərinə öz töhfəmizi verməyə çalışırıq. Bu gün isə fondun vasitəçiliyi ilə ANAMA-ya üç minaaxtaran it təqdim edəcəyik”.
Osman Karakuş bildirib ki, "Azərlotereya" özünün həyata keçirdiyi müxtəlif layihələrlə də prosesə öz dəstəyini göstərməyə çalışır. Hazırda Qarabağın dirçəlişinə dəstək məqsədilə ekologiyanın yaxşılaşdırılması istiqamətində 30-40 hektar ərazidə yaşıllaşdırma işləri aparılır”- deyə, o bildirib.