"ANAMA-ya üç minaaxtaran it hədiyyə ediləcək" - Rəhman Hacıyev

30 Oktyabr 2024 11:16 (UTC+04:00)

“İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə və Böyük Qayıdış prosesinin sürətlənməsinə töhfə vermək məqsədilə “Azərlotereya” ASC tərəfindən alınmış üç minaaxtaran it Qarabağ Dirçəliş Fondunun vasitəçiliyi ilə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə (ANAMA) hədiyyə ediləcək. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib.

O bildirib ki, Böyük Qayıdış təhlükəsizlik təmin edilmədən mümküm deyil: “Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması üçün zəruri işlər sürətlə davam etdirilir. Görülən işlərin ictimaiyyətə təqdim olunması və maarifləndirmə işinin aparılması da işimizin vacib tərkib hissəsidir. Bu səbəbdən də ANAMA-nın işləri haqqında məlumatın ictimaiyyətə təqdim olunması, Qarabağ Dirçəliş Fondunun donorları tərəfindən bu fəaliyyətin dəstəklənməsi əsas məqsədimizdir”.