Dövlət Xidmətinə ən çox müraciət qeyri-qida ilə bağlı olub

30 Oktyabr 2024 10:44 (UTC+04:00)

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlakçıların hüquqlarının etibarlı müdafiəsini təmin etmək istiqamətində tədbirlər davam etdirilir. Dövlət Xidmətindən SİA-ya bildirilib ki, 2024-cü ilin 9 ayı ərzində istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində quruma daxil olmuş 5597 müraciətin 2868-i qeyri-qida, 2291-i xidmət, 275-i qida, 99-u dərman vasitələri və tibbi avadanlıqlar, 64-ü digər müraciətlərlə bağlı olub.