İsrail Qəzzanın şimalında dinc əhalini hədəfə alıb - 16 ölü və xeyli yaralı var

30 Oktyabr 2024 10:06 (UTC+04:00)

İsrail qüvvələrinin Qəzzanın şimalındakı Beyt Lahiyadakı bir evə təşkil etdiyi hava hücumunda 16 nəfər ölüb, onlarla adam yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail qüvvələri Yaxın Şərqdə ölüm yağışını davam etdirir.

İsrail ordusunun Qəzza zolağının şimalında Beyt Lahiyadakı bir evə təşkil etdiyi hava hücumunda 16 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib. Əl-Əqsa televiziyasının xəbərində İsrail ordusunun Beyt Lahiyada "Əl-Lövh" ailəsinə aid bir evə hava hücumu təşkil etdiyi bildirilib. Xəbərdə hücum nəticəsində 16 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir.

Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal, verdiyi açıqlamada, İsrail ordusunun Beyt Lahiyadakı "Əl-Lövh" ailəsinə aid bir evə hava hücumu təşkil edərək yeni bir qırğın törətdiyini söyləyib. Hücumda ölən və yaralananların olduğunu bildirən Basal deyib: "Vətəndaşlar onları xilas etmək üçün mülki müdafiə və təcili yardım qruplarını çağırır, lakin təəssüf ki, Şimali Qəzza valiliyində mülki müdafiə və tibbi xidmət yoxdur".