Mingəçevirdə 31 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. SİA-nın məlumatına görə, oktyabrın 29-u saat 19 radələrində Mingəçevir şəhərinin ərazisində şəhər sakini 22 yaşlı Fərid Əsgərov münaqişə zəmnində 1993-cü il təvəllüdlü Araz Cəfərliyə bıçaqla xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən F.Əsgərov saxlanılıb, xəsarətlə bağlı müvafiq ekspertiza təyin olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.