ICESCO-ya üzv 12 gənc peşəkar təlim proqramından məzun olub

30 Oktyabr 2024 05:30 (UTC+04:00)

“Biz ICESCO-ya üzv 12 gəncin peşəkar təlim proqramından məzun olmasını qeyd edirik”. SİA xəbər verir ki, bu barədə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim Əl-Malik bildirib.

O bildirib ki, Azərbaycan hər zaman ICESCO-ya dəstək göstərib. Salim Əl-Malik bu səbəbdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib:

“Bu gün məzun olan gənclər bir çox proqram və konfranslarda iştirak edib, o cümlədən bir çox ölkədə səfərdə olub. Ən önəmlisi də onlar Azərbaycandan gedib orada seminar və konfranslarda iştirak ediblər. Bir daha Azərbaycana minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, Azərbaycan hökuməti bu proqrama maliyyə göstərməyə davam edər. Bu gün açıqlandı ki, növbəti tur üçün isə 30 namizəd seçiləcək.”

Proqram Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən maliyyə dəstəyi görüb.