Ukraynalı zabit cəbhədəki çətin vəziyyətindən danışıb...

30 Oktyabr 2024 00:45 (UTC+04:00)

Ukraynanın yüksək rütbəli hərbi rəsmiləri də yaraqlılar arasında ciddi itkilər olduğunu etiraf edirlər. Belə ki, Ukrayna Silahlı Qüvvələrinin general-polkovniki Dmitri Marçenko cəbhədəki ağır vəziyyətdən danışıb. O, gözlənilən fəlakətin səbəbləri arasında idarəetmədə problemlərin adını çəkib.

...Cəbhəmizin dağıldığını desəm, hərbi sirr açmayacağam. Birincisi, sursat və silah çatışmazlığı var. İkincisi, bunlar insanlardır: insanlar yoxdur, doldurulma yoxdur. İnsanlar çox yorğundurlar, sadəcə olduqları cəbhələrin öhdəsindən gələ bilmirlər. Üçüncüsü, idarəetmədə disbalans var.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ukrayna Silahlı Qüvvələrinin general-polkovniki bildirib.

...Rusların yazdığına görə, Dmitri Marçenko 2014-cü ildən Ukrayna qüvvələrinin tərəfində döyüş əməliyyatlarında iştirak edib. Daha sonra o, Ukrayna Silahlı Qüvvələrinin Maddi Təminat Baş İdarəsinə rəhbərlik edib.

Onun sözlərinə görə, cəbhənin dağılmasının səbəblərindən biri Ukrayna prezidenti Vladimir Zelenskinin Kursk vilayətindəki avantürasıdır.

Onun dediyinə görə, Kiyev öz məqsədlərinə çatmadı, eyni zamanda, hazırladığı ehtiyatlardan istifadə etdi..?

Əli Babayev