Rusiyalı müğənni Alsu Rusiya Federasiyasını tərk edib.
SİA-nın əldə etdiyi məlumata görə, indi o, dostu Yana Yadqarova ilə Fransadadır.
Sənətçi bu barədə sosial şəbəkədə danışıb.
…Bu, xoşbəxt olmaq üçün gözəl bir gündür,- deyə ulduz yazıb.
Alsunun Parisdə qaldığı məlum olub. O, Yadgarova ilə birlikdə müxtəlif mağazalara, moda butiklərinə və bahalı restoranlara baş çəkir.
Müğənni istirahət yerindən görüntüləri pərəstişkarları ilə bölüşüb.
…Və üstəlik, 2 həftədən sonra, noyabrın 15-də o, keçmiş əri Yan Abramovu məhkəməyə verməli olacaq.
Belə ki, cütlük ortaq əmlaklarını bölüşdürməyə çalışırlar. Alsu 10 milyon rubl dəyərində ailə sərvətinin yarısını iddia edir.
Bundan əvvəl Alsu 8 il gizlətdiyi oğlunu ilk dəfə ictimaiyyətə göstərib.
Nazlı Almuradova