...Alimlər korlanmış meyvəni və ya xəstə bitkini 96,7 faiz dəqiqliklə müəyyən edə bilən cihaz yaradıblar. Eyni zamanda, elektron “burun” ən sadə dizayna malikdir: o, yalnız bir antenna ilə təchiz edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bunu “Noj” yazır.
Tədqiqatçıların əsas məqsədi yüksək konsentrasiyalarda təhlükəli olan uçucu üzvi birləşmələri dəqiq təsnif etmək üçün “burun”dan istifadə etmək idi.
“Burun”un işləməsini real şəraitdə sınaqdan keçirmək üçün alimlər supermarketdən alınan çiyələk, üzüm və donuz ətinin təzəliyini qiymətləndirib, həmçinin almalarda mexaniki zədələri müəyyən etmək üçün cihazdan istifadə ediblər.
...Və effektivliyin yüksək olduğu ortaya çıxıb ki, bu da gələcəkdə kompakt və ucuz olan yeni nəsil elektron "burun" yaratmağa imkan verəcəkdir. Onu təkcə gündəlik həyatda deyil, həm də kənd təsərrüfatında, tibbdə istifadə etmək olar.
Nazlı Almuradova