...Bu gün xüsusi hərbi əməliyyat zonasında 200 mindən artıq müsəlman müharibəyə qatılıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, buməlumatı Tsarqrad telekanalının efirində Rusiya Müsəlmanları Ruhani Məclisinin sədri, müfti Əlbir Krqanov verib.
Müzakirə zamanı Kommunarka bölgəsində (Moskvanın Sosenski qəsəbəsində-A.B.) dinlərarası mənəvi mərkəzin tikintisi məsələsi müzakirə olunub.
Layihəni Rusiya prezidenti Vladimir Putin və Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill dəstəkləyib.
Qeyd edək ki, bir qrup yerli sakin Putinə məscidin tikintisi ilə bağlı layihənin dayandırılmasını xahiş edən müraciət lentə alıblar.
...Müfti vurğulayıb ki, məscid ilk növbədə Vətən qarşısında vətəndaşlıq borcunu layiqincə yerinə yetirən Rusiya vətəndaşları üçün tikilir.
Bu gün 25 milyon müsəlman bizimlə yaşayır; hazırda onların iki yüz mindən çoxu xüsusi hərbi əməliyyat zonasında döyüşürlər - bunlar Rusiya pasportu olan vətəndaşlardır.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Rusiya ordusu dünyada ən yüksək texnologiyalı və döyüşə hazır orduya çevrilir.
Bu yaxınlarda Rusiya müsəlmanlarının hərbi-mənəvi xidməti haqqında kitab nəşr olunub.
...Və yeri gəlmişkən, bu günlərdə Sergey Melikov Rusiyanın xüsusi hərbi əməliyyat zonası üzrə Qəhrəmanlarının əksəriyyətinin dağıstanlı olması ilə fəxr etdiyini bildirib.
Əli Babayev