"Sabah"ın futbolçusu İvan Lepinitsa əməliyyat olunub

29 Oktyabr 2024 11:48 (UTC+04:00)

"Sabah"ın futbolçusu İvan Lepinitsa əməliyyat olunub. Klubdan SİA-ya verilən məlumata görə, yarımmüdafiəçi Xorvatiyanın Zaqreb şəhərində yerləşən klinikalardan birində çiyin oynağının bankart lezionu və çiyin bağlarının yırtığı əməliyyatı keçirib.

Əməliyyat uğurla başa çatıb.