Azərbaycanın paralimpiya çempionu yeniyetmələrə "ustad dərsi" keçəcək

29 Oktyabr 2024 11:25 (UTC+04:00)

Azərbaycanın paralimpiya çempionu İmaməddin Xəlilov yenitemələrə "ustad dərsi" keçəcək. SİA xəbər verir ki, dünya və Avropa çempionatlarının qızıl mükafatçısı Azərbaycan Taekvondo Federasiyanın məşq zalında 6 yaşdan 16 yaşa qədər parataekvondoçulara "ustad dərsi" keçəcək.

Təlim oktyabrın 30-da, saat 16:30-da başlayacaq.

"Ustad dərsi" zamanı parataekvondonun fəlsəfəsi, fundamental texnikalar, fəndlərin yerinə yetirilməsi də daxil olmaqla müxtəlif mövzular əhatə olunacaq.