29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günüdür - VİDEO

29 Oktyabr 2024 10:59 (UTC+04:00)

\Hər il oktyabrın 29-u Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə “Ümumdünya İnsultla Mübarizə Günü” kimi qeyd edilir. Bu günün qeyd edilməsinin əsas məqsədi insanlar arasında insultun risk faktorları, diaqnostika və müalicəsi ilə bağlı maarifləndirmə işləri aparmaq və cəmiyyətin diqqətini bu mövzuya yönəltməkdir. Mərkəzi Gömrük Hospitalının Reanimasiya və Intensiv Terapiya şöbəsinin reanimatoloqu Mehdi Əliyev Ümumdünya İnsultla Mübarizə Gününün yaranma tarixi, qeyd olunmasının məqsədi barədə ətraflı məlumat verib. SİA Mehdi həkimin çıxışını Sizə təqdim edir: