112 mindən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

29 Oktyabr 2024 10:57 (UTC+04:00)

2024-cü ilin yanvar-sentyabr ayları ərzində 112 mindən çox şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub. Bu barədə SİA-ya Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

Qeyd edilib ki, onların 53,3%-ni kişilər, 46,7%-ni isə qadınlar təşkil edib.