Azərbaycan millisi Belarusda təlim-məşq toplanışı keçəcək

29 Oktyabr 2024 10:22 (UTC+04:00)

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Belarusda təlim-məşq toplanışı keçəcək. SİA AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma hazırlıq çərçivəsində noyabrın 16-da və 19-da Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Oyunların yeri və başlama saatı barədə məlumat veriləcək.