Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib

28 Oktyabr 2024 23:37 (UTC+04:00)

Ağsuda ağır yol qəzası baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə axşam saatlarında Ağsu-Kürdəmir avtomobil yolunda, Ağsu rayonunun Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə yük və minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb.

Hadisənin dəqiq səbəbi araşdırmaların sonunda məlum olacaq.