Gürcüstanda etirazlar: müxalifət ultimatum verdi

28 Oktyabr 2024 22:40 (UTC+04:00)

....Gürcüstan müxalifəti beynəlxalq administrasiya tərəfindən keçiriləcək təkrar parlament seçkilərinin keçirilməsini tələb edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Exo of Caucasus” bildirib.

Mitinqdə çıxış edən “Birlik – Milli Hərəkat” partiyasının liderlərindən biri Giorgi Vaşadze bildirib ki, Gürcüstan müxalifəti beynəlxalq administrasiya tərəfindən keçiriləcək təkrar seçkilərin keçirilməsini tələb edir.

O, həmçinin qeyd edib ki, müxalifət yeni parlamentdə işləməkdən imtina edir və “Gürcü arzusu” ilə hər hansı danışıqlar aparmaq niyyətində deyil.

Vaşadze vurğulayıb ki, vahid danışıqlar və razılaşmalar yenidən seçkilərin keçirilməsi ilə bağlı olmalıdır.

Mitinqdə ölkə prezidenti Salome Zurabişvili də çıxış edib.

...Onlar sənin səsini oğurlayıb, gələcəyini oğurlamağa çalışıblar. Amma heç kimin buna haqqı yoxdur və siz də heç kimə bunu etməyə icazə verməyəcəksiniz.

Salome Zurabişvili deyib bunu.