Gürcüstana Ukrayna snayperliləri gətirilib,..ruslar belə yazır...

28 Oktyabr 2024 21:47 (UTC+04:00)

...Qərbyönlü müxalifət Gürcüstanda etiraz aksiyalarına Ukrayna snayperlərini gətirib və təxribatlar təşkil etməyi planlaşdırır.

SİA RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Cənubi Qafqazdan olan məlumatlı mənbə məlumat verib.

...Ukraynada təlim keçmiş snayperlər kütləvi etirazlar zamanı təxribatlar təşkil etmək üçün respublikaya gəlirlər.

Bunu agentliyin həmsöhbəti bildirib.

Müxalifət qüvvələrinin ölkədə rəngli inqilab təşkil etmək niyyətində olduğu qeyd edilir.

Bundan əvvəl Tbilisidə parlament binası qarşısında müxalifətin etiraz aksiyası başlayıb.

Mitinqə Gürcüstan prezidenti Salome Zurabişvili gəlib.

Əli Babayev