Putin Valdayda çıxış edəcək

28 Oktyabr 2024 21:38 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Valday Forumunun plenar iclasında çıxış edəcək. SİA-nın əldə etdiyi məlumata görə, TASS xəbər verir ki, bu barədə onun mətbuat katibi Dmitri Peskov bildirib.

Dövlət başçısının diskussiya klubunun iclasında çıxış edib-etməyəcəyi ilə bağlı jurnalistlərin sualına Kreml nümayəndəsi “Olacaq” deyə cavab verib.

Daha əvvəl Peskov bildirmişdi ki, Kazanda Vladimir Putin və BRİKS sammitinin qonaqlarını qorumaq üçün bütün təhlükəsizlik tədbirləri görülüb.

Kreml sammit iştirakçılarının müdafiəsini “ən yüksək səviyyədə” qiymətləndirib və həmçinin sammit tədbirlərinin keçirildiyi binaya gələnlərin sağlamlıq vəziyyətinin monitorinqinin necə təşkil edildiyini şərh edib.

Əli Babayev