"Mançester Yunayted" baş məşqçisini istefaya göndərib

28 Oktyabr 2024 22:46 (UTC+04:00)

..."Mançester Yunayted" hollandiyalı Erik ten Haqı baş məşqçi postundan uzaqlaşdırıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə komandanın saytı məlumat yayıb.

Belə ki, oktyabrın 28-də Ten Haqa işdən çıxarılması barədə məlumat verilib.

Qeyd edək ki, oktyabrın 27-də “Mançester Yunayted” səfərdə “Vest Hem”ə 1:2 hesabı ilə uduzub.

Əli Babayev