Rusiyada tibb işçiləri işlərini tərk edirlər..?

28 Oktyabr 2024 22:55 (UTC+04:00)

2024-cü ilin yanvarından Sverdlovsk vilayətinin Pervouralsk şəhər xəstəxanasını yüzdən çox tibb işçisi tərk edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə tibb müəssisəsinin əməkdaşları E1.ru saytına müsahibəsində danışıblar.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, xəstəxananı ümumilikdə 111 işçi tərk edib: 80 tibb bacısı və 31 həkim, o cümlədən altı cərrah, altı travmatoloq, iki rentgenoloq, üç nevroloq və ginekoloq.

...Onların getmələrinin əsas səbəbi digər tibb müəssisələrindən aldıqları təkliflərdir...?

Daha əvvəl Tümen vilayətində xəstəxanadan həkimlərin kütləvi şəkildə işdən çıxarılması barədə məlumat yayılmışdı. 16 həkimin dərhal işdən çıxarılmasına səbəb işçilərin əmək hüquqlarının pozulması, maaşların aşağı olması və xəstəxana rəhbərliyi ilə münaqişə olub.

Əli Babayev