Ermənistan İsraili İrana hücuma görə qınayır..?

28 Oktyabr 2024 21:02 (UTC+04:00)

Ermənistan Xarici İşlər Nazirliyinin X sosial media hesabı İrana son zərbəni pisləyən bəyanat yayıb: Ermənistan beynəlxalq təhlükəsizliyi pozmağa yönəlmiş, keçən həftə İslam Respublikasına qarşı hərəkətlərdə də ifadə olunan hərəkətləri pisləyir.

...Biz bütövlükdə regionda baş verən hadisələrdən dərin narahatıq. Ümid edirik ki, diplomatiya beynəlxalq hüququ qoruyacaq və gələcək arzuolunmaz hadisələrin qarşısını alacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu Ermənistan XİN-in tvitində deyilir.

Əli Babayev