Macarıstan Mərkəzi Bankı ilə əməkdaşlıq imkanları müzakirə olunub

28 Oktyabr 2024 19:36 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Əliyar Məmmədyarov bankın nümayəndə heyətinin illik toplantılarda iştirakı çərçivəsində Macarıstan Mərkəzi Bankının sədr müavini Barnabas Viraq ilə görüşüb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, AMB-dən bildirilib ki, görüşdə mərkəzi banklar arasında mövcud əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub, eləcə də qarşılıqlı təlim və təcrübə mübadiləsi səfərlərinin təşkil olunması yüksək qiymətləndirilib.

Görüş zamanı ölkələr arasında mövcud iqtisadi əlaqələr, makroiqtisadi vəziyyət və maliyyə sektorları arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.