...ABŞ və Avropa İttifaqı Gürcüstanda keçirilən parlament seçkilərindən sonra etirazlara dəstək verməlidir.
SİA-nın əldə etdiyi məlumata görə, Associated Press xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili xarici mətbuata müsahibəsində deyib.
...Bizim avropalı və amerikalı tərəfdaşlarımızdan güclü dəstəyə ehtiyacımız var.
Bunu Gürcüstan prezidenti vurğulayıb.
Zurabişvili Qərbin etirazlara dəstəyinə ümid edib və Qərb siyasətçilərini hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası ilə əlaqələri bərpa etməməyə çağırıb. Onun sözlərinə görə, Avropa İttifaqı Gürcüstan müxalifətini regionda mövcudluğu üçün dəstəkləməlidir.
Bundan əvvəl müxalifət partiyası “Lelo”nun lideri Mamuka Xazaradze seçkilərin nəticələrinə görə fəaliyyət planını açıqlamışdı. Onun sözlərinə görə, oktyabrın 28-də axşam keçiriləcək mitinq dinc xarakter daşıyacaq.
Əli Babayev