Rusiya pilotsuz təyyarələri Belarusa uçdu..?

28 Oktyabr 2024 18:16 (UTC+04:00)

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığı oktyabrın 28-də Rusiya pilotsuz uçuş aparatlarının Belarusun hava məkanına növbəti müdaxiləsini elan edib.

Bildirilir ki, ötən gecə (27 oktyabr saat 19:00-dan) Rusiya Ukraynaya qarşı “100 Şahed tipli hücum PUA və naməlum dron”lardan istifadə edib.

...28 oktyabr saat 10:30-a olan məlumata görə, Sumı, Xarkov, Çerniqov, Poltava, Kiyev, Jitomir, Rivne, Xmelnitski, Ternopil, Nikolayev, Dnepropetrovsk, Kirovoqrad, Çerkassı bölgələrində düşmənin 66 PUA-nın vurulması təsdiqlənib.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, 24 pilotsuz təyyarə “yerli olaraq itirilib”, dördü Rusiya Federasiyası və Belarusiya istiqamətində uçub.

...Bunu Ukrayna Silahlı Qüvvələri qeyd edib.

Əli Babayev