Xiaomi bir anda beş smartfonu “təqaüd”ə göndərdi...

28 Oktyabr 2024 23:16 (UTC+04:00)

Xiaomi, artıq heç bir yeniləmə qəbul etməyəcək cihazların daxil olduğu EOS (Dəstəyin Sonu) siyahısını yeniləyib. Bu dəfə Çin şirkəti beş smartfon və bir planşeti “təqaüdə” göndərdi.

Nadir halına gələn Xiaomi cihazları:

-Xiaomi Redmi Note 11 Pro

-Xiaomi Redmi Note 11 Pro+

-Xiaomi Redmi 10 (2022)

-Xiaomi Redmi Note 10 JE

-POCO X3 GT

-Xiaomi Pad 5.

Bütün bu cihazlar artıq MIUI və HyperOS-un yeni versiyalarını, eləcə də yeni boşluqlardan qoruyan mühüm təhlükəsizlik yamaqlarını almayacaq. Bu o deməkdir ki, indi onlardan istifadə etmək təhlükəli olacaq, xüsusən də Android ekosistemində bütün növ virusların və istismarların yayılmasını nəzərə alsaq...

Nazlı Almuradova