Donetskdə Tsukurino qəsəbəsini ələ keçirdik - Rusiya

28 Oktyabr 2024 15:15 (UTC+04:00)

Rusiya Müdafiə Nazirliyi ordunun Donetsk vilayətində Tsukurino yaşayış sahəsini nəzarət altında saxladığını bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı əməliyyatları barədə məlumat verilib.

Bəyanatda Rusiya ordusunun Ukraynadakı mövqelərini yaxşılaşdırdığı bildirilib: "Mərkəzi Hərbi Qrupun birlikləri fəal hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Tsukurino qəsəbəsini azad edib".

Açıqlamada, son 24 saatda Ukraynanın hərbi hava limanı infrastrukturuna və 142 bölgədə əsgər və hərbi texnikanın yerləşdirildiyi məntəqələrə hücumların təşkil edildiyi, müharibənin başlanmasından bu yana 647 təyyarə, 283 helikopter, 34 ədəd hərbi təyyarə, 283 vertolyot və 142 bölgəyə hücum edildiyi bildirilib. Eləcə də 34 min 685 PUA, 584 hava hücumundan müdafiə raket sistemi, 18 min 894 Ukrayna ordusunun silahı, tank və zirehli texnikası, 1480 reaktiv yaylım atəşi sistemi, 16 min 887 haubitsa və minaatan və 27 min 694 xüsusi təyinatlı hərbi maşının məhv edildiyi qeyd edilib.