Sumqayıtda ustanı elektrik cərəyanı vurub

28 Oktyabr 2024 15:16 (UTC+04:00)

Sumqayıt şəhərində elektrik cərəyanı vuran usta ölüb. SİA xəbər verir ki, hadisə şəhərin “Mero” adlanam ərazisində qeydə alınıb.

1978-ci il təvəllüdlü Qoşqar İsa oğlu Məmmədov fərdi evdə usta işləyərkən onu elektrik cərəyanı vurub.

Qoşqar Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.