Füzulidə 4 su anbarından 3-nün tikintisi yekunlaşır

28 Oktyabr 2024 14:49 (UTC+04:00)

Füzuli şəhərində tikilən 4 su anbarından üçünun (ikisinin tutumu 8 500 kubmetrdən və birisinin 2 500 kubmetrdən olan) tikintisi yekunlaşmaq üzrədir. SİA bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir.

Bildirilir ki, hazırda anbarların idarəetmə və gözətçi otaqlarının tikinti-quraşdırma işləri yekunlaşıb, abadlıq işləri aparılır.

"Şəhəri içməli su ilə təmin etmək üçün hər birinin tutumu 8 500 kubmetr olan 2 ədəd və hər birinin tutumu 2 500 kubmetr olan 2 ədəd su anbarı inşa edilir. Mövcud olan Gövşad kəndindəki mənbədən müvəqqəti olaraq 100kubmetrlik anbara su vurulur və oradan Füzuli şəhərinə su verilir. Füzuli şəhərində 10 330metr magistral su xətti, 5 807 metr artezianlar və anbarlararası su xətti, 1 ədəd tullantı su təmizləyici qurğu, 1 816 metrlik kanalizasiya kollektoru inşa olunub. Bundan əlavə 15 ədəd subartezian quyusunun qazıntı işləri artıq yekunlaşıb",- məlumatda deyilir.