Yağıntı aylıq normanın 30 faizini təşkil edib

28 Oktyabr 2024 13:41 (UTC+04:00)

Oktyabrın 28-i günün birinci yarısında Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində qısamüddətli leysan xarakterli yağış yağıb. Yağıntının miqdarı 9 millimetr qeydə alınıb. Düşən yağıntı aylıq normanın 30 faizini təşkil edib. SİA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, Bakıda və Abşeron yarımadasında yağış kəsilsə də, günün ikinci yarısınadək bəzi ərazilərdə fasilələrlə davam edəcəyi gözlənilir.