Əziz oxucular!
Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu dünya dahilərinin, səmavi insanların və Azərbaycan mütəfəkkirlərinin on üç mindən çox kəlamlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən yaranan incilər” adlı kitab kimi çapa hazırlayırlar. Bu sayımızdan başlayaraq həmin kəlamlardan, aforizmlərlərdən seçmələri səhifələrimizdə çap edirik. İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaqsınız.
HÜMBƏT HƏSƏNOĞLU ( 21 iyun 1955-ci il)
Hümbət Həsənoğlu - həkim, yazıçı, ictimai xadim. “Tərəqqi” medallı. Altı mindən çox aforizmlərin müəllifidir. Tükdilli xalqlar arasında ən çox aforizmlər yazan azərbaycanlı yazıçıdır.
- İnsan başqasına nəyisə aydınlaşdıranda, nələri bildiyi özünə də aydın olur.
- Özünü ulduz sayırsansa, sabah günəş çıxanda yox olacağını da nəzərə al.
- Ünsiyyətin qızıl qaydası; özünü öymə, başqasını söymə.
- Təhsil insanları fərqləndirir, tərbiyə onları bərabərləşdirir.
- Çirkli qəlb heç kimi təmiz görməz.
- Allah qadına sevgi hissini ona görə verib ki, kişiyə özünü ram etməyə kömək olsun.
- Hamının getdiyi yolla uğura çatmaq istəsən, növbəyə durmalı olacaqsan.
- Axmağa şans verən nəticəyə görə özü cavabdehdir.
- Kişi yol tapar, qadın ona yol yoldaşı olar.
- Səni nə qədər öyrətsələr də, yadında öyrəndiklərin qalar.
- Hər qalib gəldiyin mübahisədə bir insan itirirsən.
- İnsan həyatı sonu sıfıra bərabər olan adi riyazi tənlikdir.
- Müəllimin vəzifəsi ona qulaq asanların içində onu başa düşənləri görməkdir.
- Saatın əqrəbi irəli getsə də, hər kəsin vaxtını geriyə sayır.
- Çox vaxt yastığa ağlayanın arzusu ətəyə ağlamaq olur.
- Vədin bər- bəzəyə ehtiyacı olur, əməl elə anadan gözəl doğulur.
- Yolundakı daşlar maneə deyil, əgər yaxşı yoldaşın varsa.
- Haqlı olub dost xatirinə susa bilən, xətirli dost olar.
- Sevgi hər şey deyil, amma onsuz hər şey heç nədir.
- Səbri olan əlçatmaz arzularına ayaqları ilə də rahat çatar.
- Təpə boyda ehtiyacı olanın, dağ boyda iradəsi yoxdursa, düzdə qalar.
- Özü ilə yarışan məğlubiyyət dadmaz.
- İnsan özü ilə dara düşəndə tanış olar.
- Qulaq çox sirrlərə yiyəlik edərdi, ağız olmasaydı.
- Əvvəldə bir dəfə “ yox” deyə bilsən, sonradan çox “ niyə” lərdən canını qurtararsan.
- Qadın müəllim kimidir, kişidən özü düşündüyünü eşitmək istəyir.
- Həyatda heç kimin yerində gözün yoxdursa, deməli, öz yerindəsən.
- Alovun kölgəsi olmaz, satqının da ölkəsi.
- Hər dərinliyin öz dalğıcı, hər sözün öz alıcısı var.
- Ümid qırılanda səsi hıçqırıqla çıxar.
- Yalanın alanı çox olar.
- Ağız pis- pis danışandan sonra onu bərk- bərk yummağın xeyri olmaz.
- Bu həyatı məntiqlə yaşayan piyada, hissləri ilə yaşayan at üstündə keçər.
- Qadın küsüşməyə layiq kişi arzulayar.
- Ağıllı insanın üstünlüyü odur ki, tək qalanda da ağıllı həmsöhbəti olur.
- Axmaqlarda olan özünəinam ağıllılarda da olsaydı, axmaqlara bu dünyada heç bir şans qalmazdı.
- Heç kim haqda fikrini son sayma, çünki insanın bacarığı sonsuzdur.
- Buz isti yağış olduğu vaxtların xatirəsi ilə yaşayar.
- Tərbiyə, özündən utana bilməkdir.
- Yatmış istedadını oyatsan, onun durub səni yatmağa qoymayacağını da hazır ol.
- Dilini vaxtında dişləyə bilənin, çörək dişləmək imkanı həmişə olacaq.
- Sevənləri bir yerdə sap da saxlayar, sevməyənləri zəncir də saxlamaz.
- Qulaq asmaqla eşitmək arasında inam boyda məsafə var.
- Tərbiyə qulaq burmaqla baş sığallamaq arasındakı mütənasibliyi tapa bilməkdir.
- Boş- baş ayaqları da boş- boşuna əzdirər.
- Çörək yemək istəsən sünbül, bülbülə qulaq asmaq istəsən gül ək.
- Çomaq kimi fikirləri özünlə gəzdir ki, it kimi insanlardan qoruna biləsən.
- Əyri ağacdan düz kölgə, əyri insandan düz iş gözləmə.
- Dostluq razılaşa- razılaşa, sevgi barışa- barışa qorunar.
- Ən kədərli şey sənə xatirələr bəxş etmiş insanın özünün xatirəyə çevrilməsidir.
- Tərbiyəsizdən ehtiyatlan, nadandan qorx.
- Qadından ehtiyat edən kişini Allah da qoruyar.
- Ədalətin bərqərar olması üçün qanunları vicdansızlar yazmalı, vicdanlılar hökm çıxartmalıdırlar.
- Hər yanında gedən səninlə getmir.
- Qulağını vicdanına dayayanın dayağı Allah olar.
- Ən yaxşı xüsusiyyət tox göz, ən yaxşı hədiyyə xoş sözdür.
- Allah insana yaddaşı ona görə verib ki, başqalarını etdiyi pisliyi yaddan çıxara bilməsin.
- Arzuları kişisinin cibinə uyğun olan qadın sonda xoşbəxt olar.
- Münasibətə qonan toz xoş rəftarla silinər.
- Ağla qara dil tapardı, aralarına girən boz olmasaydı.
- İşləyən saatın sənin də işləməli olduğuna işarədir.
- Yüz ən bahalı saatın olsa belə, onlar sənin həyatını bir saniyə belə artıra bilməz.
- Dəbdəbə dəb olan yerdə ədəb dəbdə olmaz.
- Qanmazın qanı qaralmaz.
- İnsan tərifi dilucu, söyüşü ürəkdən edər.
- Çoxluq seçimini edib, həqiqətə çığır, yalana yol salıb.
- Dar gündə dosta söykənmək olar, minmək olmaz.
- Balıq sümüksüz, həyat təssüfsüz olmaz.
- Böyük insanlara daş atanlar çox olar, çünki böyük olan daha yaxşı nişangahdır.
- Qoşulub ağlaya bilməyəcəyin insana təsəllin həmişə yarımçıq olacaq.
- Dilindən minnətdarlıq düşən, dara düşməz.
- Öyrənmək istəyən hər kəsi müəllim görər.
- Yaxşı müəllimin baxışında qamçı, dilində alqış olar.
- ” Yox”u sığallamaqla “ hə” yə çevirmək olur.
- Qadın kişini qurban seçibsə, onun qiblənin istiqamətini aramaqdan savayı heç bir şansı olmur.
- Düz qılıncın əyri qınla dostluğu heç vaxt tutmaz.
- İnsan yaxşılığı pislik qədər yadında saxlaya bilsəydi, kədər ona heç vaxt yaxın gələ bilməzdi.
- Ağıl itirilə bilər, amma tapıla bilməz.
- Hər kəsdə yaxşı nəsə tapsan, həmişə yaxşı insanların əhatəsində yaşayacaqsan.
- Nəfəsinlə bir cüt soyuq əli isidə bilmirsənsə, nəfəs almağın hədərdir.
- Sevgini həvəskar düşünüb, peşəkar kədəri yaradıb.
- Valideynlərinə uşaqların qədər diqqət yetirirsənsə, deməli böyümüsən.
- Heyvanlar arasında zürafənin, insanlar arasında axmağın gizlənmək şansı yoxdur.
-Yalnız həqiqəti bilən yalan danışa bilər.
-İnsanların arzuladığı kimi axmaq, nifrət edə biləcəkləri qədər ağıllı görünmə.
-Kişi qadınla görüşə gedirsə, məntiqini evdə qoyub getməlidir.
-Ağzı xoş söz dadmayanın, qulaqları xoş sözə tamarzı qalar.
-Adətən, üç ağac arasında azanların könlündən meşəbəylik keçər.
-Müəllimlər uşaqları onlarsız öyrənməyi, valideynlərsə onlarsız keçinməyi öyrətməlidirlər.
- Qadından ehtiyat edən kişini Allah da qoruyar.
- İşıq yoxdursa gözü, məna yoxdursa sözü qınama.
- Mədəni insan açıq qapını da döyər.
- İnsana ağıl həyata uyğunlaşmaq üçün, hisslər həyatı yaşamaq üçün verilib.
- İnsan yekə- yekə danışanda kiçilir.
- Söz kibrit kimidir, ocaq da qalayar, yanğın da törədər.
- Həqiqət axtaranın təəssüfdən çarığı, kədərdən əsası olmalıdır.
- Uğur qazanmaq üçün uğurluya bax, uğursuza qulaq as.
- Nəzəri biliklər iki halda əhəmiyyətsizdir, suda üzmək istəyəndə, qadınla münasibət quranda.
- Gözüaçıqlıq yalanlara göz yummaq bacarığıdır.
- Kim olursansa ol, amma kürəyini sürtməyə biri olmalıdır.
- Şamın məşəl kimi yanmağına ümid eləmə.
- Sözün dəyəri cümlədə, insanın dəyəri cəmiyyətdə bilinər.
- Şöhrət işığı gözü sevindirər, amma qəlbi kor da edə bilər.
- Həyat dükan kimidir, çox vaxt, istədiyini yox, olanı almalı olursan.
- Böyük pullara gedən yol, çox vaxt vicdansızlıq körpüsündən keçir.
- Rəqəm sözdən mərddir, rəqəmin bir, sözün isə yüz mənası olur.
- Ən çox tamaşa oynalınan səhnə insan sifətidit.
- Eyni insan həyata bir dəfə kişi, bir dəfə qadın kimi gələ bilsəydi, xoşbəxtlər çox olardı.
- İtin həyatı kimə hürməsindən, kimə quyruq bulamasından asılıdır, lap insanlardakı kimi.
- Dünyanı bəlkə gözəllik xilas edərdi, amma eybəcərlər buna imkan verməzlər.
- Böyük buludun kölgəsindənsə, kiçik ağacın kölgəsi etibarlıdır.
- Sevgidə heç- heçə olmur, ya hər iki tərəf udur, ya da hər iki tərəf uduzur.
- Həyat mahnı, segi isə onun nəqarətidir.
- Uşağa oxumağı öyrədənən sonra, ona hər oxuduğuna inanmamağı da öyrədin.
- İnsan dəqiq saat yaradıb ki, öz qeyri dəqiqliyinin hər gün şahidi olsun.
- Xəncər gəzdirmək dəbdən düşəndən sonra, çox danışmaq dəbə düşüb.
- Utanmaz kişi utanan qadın arzulayar.
- Şair ötəri baxışdan əbədi sevgi poeması yaza biləndir.
- Qadın təkrar soruşulacağına əmin olmasa, heç vaxt “ yox” deməz.
- İnsan səhv edə- edə özünü, inana- inana başqalarını tanıyır.
- İnsanın göz yaşları bir neçə sevgiyə bəs edir, hələ artıq da qalır.
- Gizlənmək üçün ən etibarlı yer təbəssümün arxasıdır.
- Sevgini geri qaytarmaq olmur, göz yaşlarını gözə qaytarmaq mümkün olmadığı kimi.
- Uğursuzluq qorxusu çox uğurları yiyəsiz qoyub.
- Sərçə özünü qartal kimi apara bilər, ancaq sərçələrin arasında.
- Kişi dula, dul pula sevinər.
- Burnundan uzağa görməyənlərin təsəllisi uzun burunlarının olmasıdır.
- İlk baxışdan sevgi üçün ən yaxşı səbəb dolu pulqabıdır.
- Qadın kişini başının tacı saydığı vaxt şahzadə olur.
- Yaxşı müəllim sualın içində cavab açarını da qoyar.
- Pis işləri də yaxşı bacaranlar var.
- Qəbiristanlıq gözətçisini gələcəklə bağlı təəccübləndirmək çətindir.
- İnsan vaxt itirməyə həmişə vaxt tapır.
- Özünlə söhbətin çətinliyi odur ki, qulaq asmaya bilmirsən.
- Sənə oturmaq təklif olunmayacaq yerdə durma.
- Pulla alınan sevginin acısı olmur.
- Pis yaddaş yaxşı əhvala qardaşdır.
- Başqaların pulunu sayan yerində sayar.
- Hər bir it daha böyük karvana hürməyi arzulayar.
- İnsana dost lazımdır ki, təklikdə qalıb özünü yoldan çıxartmasın.
- İradənlə oğlun kimi, vicdanınla atan kimi davran.
- Çəkinə bax, budaq seç, özünə bax, ortaq seç.
- Səni dostun satıbsa, sevin, havayı da verə bilərdi.
- Təmiz yerin qədrini süpürgəçi bilər.
- Pulla xoşbəxtlik almaq olmur, amma dadına baxmaq olur.
- Hər aforizm fikirdir, amma hər fikir aforizm deyil.
- Hər kəs ona aid olmayan işlərin bilicisidir.
- Dinə Cəhənnəm qorxusu daha çox insan gətirir, nəinki Cənnət arzusu.
- Pulu olan kişi hər yaşda yaraşıqlıdır.
- Həqiqət çılpaq olduğundan onu çox vaxt gözəl libasları olan yalanların olduğu yerə buraxmırlar.
- Təəssüf ki, həyat səhvlərinin yazı səhvləri kimi rezin pozanı olmur.
- İnsanın ən böyük qazancı onu aparacaq çiyinləri qazanmaqdır.
- Xoşluqla təpə düzəldə biməyənlər acığa dağ ucaldırlar.
- Səhrada yolu tanıyan eşşək, yüz dəvədən qiymətlidir.
- Öz kürəyinə arxa dura bilənə zaval yoxdur.
- Kölgəni sev, o, sənin bütün işıqlı günlərinin şahididir.
- İnsan layiq olmadığı tərifə daha çox sevinər.
- Vergül nöqtədən daha müdrikdir,
- Ülgüclə və qadınla ehtiyatlı ol, hərçənd ki, birinci kor da ola bilir.
- Hər çiçək meyvəyə, hər baxış sevgiyə çevrilmir.
- Ən cəsarətli kişi belə qadınların arzuladığı cəsarətdə olmur.
- Uğur səbrin kölgəsində yetişər.
- İnsanın mələməklə ulamaq arasında seçimi həmişə var.
- İnsan kiçik ədəbsizliyi ilə tərbiyəsindəki böyük boşluğu biruzə verir.
- İnsan qucağı yalnız bir nəfərə hesablanıb.
- Yaxşılığın nə olduğunu pis adam da bilir.
- Ən yaxşı alış- veriş odur ki, hər iki tərəf biri- birini aldatdığına inansın.
- Qoyunların tarix kitabından: Hələ heç bir qoyun öz əcəli ilə ölməyib.
- Hərə öz həyatını öz həyasına uyğun yaşayır.
- Öz vicdnı ilə alver edənin sonda verəcəyi alacağından lap çox olacaq.
- Qabını böyüdənin sağlamlığı azalar.
- Baş elə bir yerdir ki, ağılla nə qədər doldursan da, axmaqlıq üçün həmişə yer qalır.
- Sevmək hər insanın şəxsi qabiliyyətidir və əks tərəfin necəliyindən az asılıdır.
- Verənin sevinci alanın sevincindən çox deyilsə, verməsə yaxşıdır.
- Həyat, anı xatirəyə çevirən dəyirmandır.
- Ağılların toqquşmasından elm, hisslərin toqquşmasından sevgi yaranır.
- Paxıllıq öskürək kimidir, istəməsən də, üzə çıxar.
- Yazıçı olmayanları öz başına gələnlər kimi yaza biləndir.
- Yalançı itin quyruğu kimidir heç vaxt düz olmur.
- Kişinin yerini bilməyən qadın öz yerini də heç vaxt tapa bilməz.
- Musiqi insanı həmişə keçmişə boylandırır.
- İnsan kitabları oxuya- oxuya insanları da oxuya bilmirsə, vaxt itirir.
- Əllərini həmişə cibində saxlayan, əvvəl- axır bir əlini hamıya uzatmalı olur.
- Yaradıcılıq insanın öz həyatına qoyulacaq son nöqtəni nöqtələrə çevirmək cəhdidir.