Su basmış ərazilərə FHN-in qüvvələri cəlb olunub

28 Oktyabr 2024 13:26 (UTC+04:00)

Leysan yağışlarla əlaqədar su basmış ərazilərə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub. FHN-in mətbuat xidmətindən SİA-ya bildirilib ki, Bakı şəhərində yağan leysan yağışlarla əlaqədar bəzi ünvanlarda subasmanın baş verməsi barədə FHN-in “112” qaynar telefon xəttinə məlumatlar daxil olub və dərhal nazirliyin qüvvələri ərazilərə cəlb olunub.

Hazırda nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.