Azərbaycan gimnastları Almaniyadakı turnirdə fəxri kürsüyə qalxıblar - FOTO

28 Oktyabr 2024 13:20 (UTC+04:00)

Batut gimnastikası üzrə Azərbaycan millisi Almaniyanın Kotbus şəhərində keçirilən “GymCity Open” beynəlxalq yarışında uğurla çıxış ediblər. Azərbaycan Gimnastika Federasiyasından (AGF) SİA-ya verilən məlumata görə, yığma üzvləri sinxron proqramda 1-ci və 2-ci yerin sahibi olublar.

Yeniyetmələr arasında Əli Niftəliyev və Ammar Baxşalıyev, böyüklərdə isə Hüseyn Abbasov ilə Nicat Mirzəyev fərqləniblər.