Cəbrayılın 44 yaşlı sakini döyülərək öldürülüb - YENİLƏNİB

28 Oktyabr 2024 13:03 (UTC+04:00)

Biləsuvarda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə SİA-ya Cəbrayıl rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 27-si saat 20 radələrində Biləsuvar rayonu 3 saylı qəsəbə ərazisində 1980-ci il təvəllüdlü Şahin Şahverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1995-ci il təvəllüdlü Semur Məmmədquliyevin aralarında yaranmış mübahisə zamanı Şahin Şahverdiyevi döyməklə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Semur Məmmədquliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.