Bayden prezident seçkilərinə vaxtından əvvəl səs verəcək

28 Oktyabr 2024 12:52 (UTC+04:00)

ABŞ prezidenti Co Bayden prezident seçkilərinə vaxtından əvvəl səs verəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Co Bayden noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün bu gün erkən səs verəcək.

Ağ Evdən verilən açıqlamada Baydenin bu gün erkən səs verəcəyi bildirilib. Açıqlamada Baydenin Delaver ştatının Wilmington şəhərində səs verəcəyi də paylaşılıb.