XIV turun oyun proqramı məlum olub

28 Oktyabr 2024 12:49 (UTC+04:00)

Misli Premyer Liqasında XIV turun oyun proqramı məlum olub. SİA-nın Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən məlumatına görə, tura üç gün ərzində yekun vurulacaq.

"Neftçi" - "Zirə" görüşünün start fiti noyabrın 23-də, saat 19:00-da səsləndiriləcək. Tovuz şəhər stadionunda baş tutacaq "Turan Tovuz" - "Sabah" matçı isə noyabrın 24-də, saat 17:00-da başlayacaq.

Misli Premyer Liqası

II dövrə, XIV tur

22 noyabr

17:00. “Kəpəz” – “Araz-Naxçıvan”

Tovuz şəhər stadionu

23 noyabr

17:00. “Səbail” – “Qarabağ”

“ASCO Arena”

19:00. “Neftçi” – “Zirə”

“Neftçi Arena”

24 noyabr

17:00. “Turan Tovuz” – “Sabah”

Tovuz şəhər stadionu

19:00. “Sumqayıt” – “Şamaxı”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu