MGH-nin reanimatoloqu Konqresdə iştirak edib

28 Oktyabr 2024 12:13 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsinin reanimatoloqu Mehdi Əliyev 23-26 oktyabr 2024-cü il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində keçirilən 16-cı Ümumdünya İnsultla Mübarizə Konqresində iştirak edib. SİA xəbər verir ki, dünyanın ən böyük insultla mübarizə təşkilatı olan Ümumdünya İnsult Təşkilatı (World Stroke Organization- WSO) tərəfindən təşkil edilmiş Ümumdünya İnsult Konqresində tanınmış kliniki mütəxəssislər və tədqiqatçılar ən müasir təqdimatlar, ən son kliniki sınaqlar və ən son təlimatlar üzrə yenilənmələr barədə təqdimatlarla çıxış ediblər.

Xatırladaq ki, 2017-2024-cü illər arası qlobal yüksək keyfiyyətli çoxmillətli müqayisəvi randomizə olunmuş tədqiqatda Azərbaycandan Mərkəzi Gömrük Hospitalı iştirak etmişdir. Tədqiqatın nəticələri Avstriyada toplanaraq statistik analizlər aparılmış və uğurlu qənaətə gəlinmişdir. Dr Mehdi Əliyev tədqiqatçı mütəxəssis kimi iclasda iştirak etmişdir.

Tədqiqatın son nəticələri Konqresdə məruzə olunaraq ictimaiyyətə çatdırlmışdır. Daha sonra işçi qrupunun iclası keçirilərək müxtəlif ölkələrdən olan tədqiqat iştirakçıları təbrik edilmişdir.

Qeyd edək ki, elmin ən son nailiyyətllərini, kliniki sınaqların nəticələrini və insult üçün təlimatları müzakirə etmək üçün konresə 22 ölkədən 2500-dən çox mütəxəssislər toplanmışdır.