Azərbaycanın sərbəst güləş yığması dünya üçüncüsü olub

28 Oktyabr 2024 12:08 (UTC+04:00)

Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilmiş U-23 dünya çempionatını dörd medalla başa vurublar. Azərbaycan Güləş Federasiyasından (AGF) SİA-ya verilən məlumata görə, milli komanda mundialda 1 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edib.

Yekunda 100 xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub. İran (158) birinci, Yaponiya (102) isə ikinci yeri tutub.

Xatırladaq ki, milli komandanın tərkibində Maqomed-Başir Xaniyev (70 kiloqram) qızıl, Ruslan Abdullayev (61 kiloqram) və Arseni Djioyev (86 kiloqram) gümüş, Cəbrayıl Qadjiyev (74 kiloqram) isə bürünc medal qazanıblar.