Şikayət: İt ölüb və məhəlləni iy bürüyüb - QURUMDAN AÇIQLAMA/VİDEO

28 Oktyabr 2024 12:07 (UTC+04:00)

90 saylı məktəbin yanında günlərdir zibillik təmizlənmir. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Şikayətdə bildirilib ki, “Sabunçu rayonu, Yeni Ramana, 90 saylı məktəbin yanında yerləşən Dadaş Bünyadzadə küçəsində natəmizlikdir. Burada bir it ölüb və məhəlləni iy bürüyüb. Hansı quruma deyirik baxmırlar, yığışdırmırlar. Uşaqlar var məhəllədə. Zibil qabı düz qapının yanındadır. Evə iy vurur. Bütün bakteriyadır”. SİA mövzu ilə bağlı Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfat birliyinə sorğu ünvanlayıb.

Qurumdan verilən məlumata görə, Sabunçu Rayon Kommunal Təsərrüfat xidmətinin əməkdaşları tərəfindən həmin ərazi təmizlənib, zibillər daşınıb və nəzarətə götürülüb.

Qeyd edək ki, ərazinin təmizlənməsinə dair redaksiyamıza görüntülər də yollanıb.

Ayşən Vəli