23 terrorçu zərərsizləşdirilib

28 Oktyabr 2024 11:54 (UTC+04:00)

Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında həyata keçirilən hava əməliyyatlarında 23 PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, İraqın şimalında terror təşkilatı PKK-nın hədəflərinə qarşı hava əməliyyatı keçirilib.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib: "Yerli və milli gücümüzlə terrorçuların yuvalarını belə məhv edirik. İraqın şimalında həyata keçirilən hava əməliyyatları nəticəsində daha 23 PKK terrorçusu zərərsizləşdirildi. Biz qətiyyətli və terroru mənbəyində məhv etməyə qadiriz!".