Sabunçuda keçidi yenidən su basdı - YENİLƏNİR - FOTOLAR - VİDEO

28 Oktyabr 2024 11:19 (UTC+04:00)

Bu gün yağan yağışlar səbəbindən paytaxtın Sabunçu ərazisində keçidə yenidən yağış suları dolmaqda davam edir. SİA xəbər verir ki, bu barədə redaksiyamıza şikayətçi Şahanə Xankişiyeva tərəfindən görüntülər daxil olub.

Şikayətçi bunları deyib: “Həmin dalğa, həmin körpü, həmin koordinat. Yenə yağış yağır və bura sel suları dolub. Artıq avtomobillərin təkərinin yarısına qədər sudur”.


Ayşən Vəli