"X" Xamneyinin hesabını dayandırıb

28 Oktyabr 2024 10:49 (UTC+04:00)

"X" sosial media platforması ötən gün İranın dini lideri Ayətullah Əli Xamneyinin platformada açdığı ivrit hesabını dayandırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "X" sosial media platformasında İranın dini lideri Ayətullah Əli Xamneyinin ivrit dilindəki hesabına daxil olmaq istəyənlər belə halla qarşılaşıb: "Hesab dayandırılıb. "X", "X" qaydalarını pozan hesabları dayandırır".

Fars, türk, ingilis, urdu və ispan daxil olmaqla bir çox dildə hesabı olan Xamneyinin başqa dillərdə hesabları olduğu görünür. Mövzu ilə bağlı "X" və Xameneinin ofisindən hələlik heç bir açıqlama verilməyib. ABŞ-də fəaliyyət göstərən "X" sosial media platforması bundan əvvəl də bir neçə dəfə İran liderinin hesablarını müvəqqəti olaraq dayandırmışdı.