Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə beşinci yeri tutub

28 Oktyabr 2024 10:30 (UTC+04:00)

Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Kanadanın Halifaks şəhərində keçirilmiş “Skate Canada International” adlı Qran-pridə beşinci yeri tutub. Bu barədə SİA-ya Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

O, qısa və sərbəst proqram üzrə çıxış edib.

Təmsilçimiz 12 idmançının qatıldığı yarışda 222.90 xal toplayıb.