57 kiloqramdan artıq narkotik aşkarlanıb

28 Oktyabr 2024 10:12 (UTC+04:00)

Polis əməkdaşları həftəsonu ölkə ərazisində 57 kiloqramdan artıq narkotik aşkarlayıblar. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 26-da və 27-də ümumi çəkisi 57 kiloqramdan artıq narkotik vasitə, həmçinin 490 ədəd metadon həbi və kultivasiya yolu ilə yetişdirilmiş 51 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.