Dünya bazarlarında neft 4%-dən çox ucuzlaşıb

28 Oktyabr 2024 10:09 (UTC+04:00)

Yaxın Şərqdəki vəziyyət fonunda ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin yanvar müqaviləsinin dəyəri 4,44% azalaraq 1 barelə görə 72,27 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 4,63% azalaraq 1 barelə görə 68,46 ABŞ dolları olub.